Paytaxtda kişi həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb

Bakı. 7 iyul. REPORT.AZ/ Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Binə qəsəbəsinin "Südçülük sovxozu" adlı ərazisində yaşayan 1990-ci il təvəllüdlü Məmmədov Tarıyel Rəşid oğlu həyat yoldaşının qohumları ilə dava edib.

Dava zamanı o, döyülərək bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39