Paytaxtda iki maşınının toqquşması nəticəsində yanğın baş verib, 1 nəfər yanıq xəsarəti alıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda “VAZ” və “Mercedes“ markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğın baş verib.

“Report” FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı “VAZ” markalı avtomobilin yanar hissələri yanıb, sürücü yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39