Paytaxtda iki avtomobilin toqquşması xəsarətlə nəticələnib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Lökbatan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1978-ci il təvəllüdlü Dadaşova Dilarə Elxan qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30