Paytaxtda iki avtomobilin toqquşması nəticəsində gənc qadın xəsarət alıb

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Azərbaycan Dillər Universitetinin (ADU) yanında qeydə alınıb.

İki minik avtomobilin toqquşması nəticəsində 1994-cü il təvvəlüdlü Səfərova Aliyə İlyas qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. Faktla bağla araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər