Paytaxtda beş yaşlı uşağı maşın vurub

Bakı. 4 may. REPORT.AZ/ Bakının Suraxanı rayonunda uşağı maşın vurub.

“Report” xəbər verir ki, hadisə 2013-cü il təvəllüdlü Babayev Tüncay Səlahəddin oğlu Hövsan qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.

Hadisəni minik avtomobilinin sürücüsü törədib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45