Bakının Nərimanov rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, yolu keçən piyada, 2009-cu il təvəllüdlü Ələsgərli Selcan Hafiz qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.