Paytaxtda avtomobil gənc oğlanı vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Babək prospektində yolu keçən 1994-cü il təvəllüdlü Abbasov Taleh Fərrux oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər