Paytaxtda avtomobil 71 yaşlı qocanı vuraraq xəsarət yetirib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Məhərrəmov Əhməd Əli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər