Paytaxtda ahıl kişi bacısının əri tərəfindən çəkiclə döyülüb

Bakı. 29 mart. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonunda bir nəfər küt alətlə döyülərək ağır xəsarət alıb.

"Report" xəbər verir ki, 1954-cü il təvəllüdlü Quliyev Mərkəz Faiq oğlu Binəqədi qəsəbəsində yaşadığı evdə bacısının həyat yoldaşı ilə əlbəyaxa dava edib.

Nəticədə ahıl kişi çəkiclə döyülüb. O, ağır bədən xəsarətləri alıb.

Yaralı qohumlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47