Paytaxtda 42 yaşlı kişi həyat yoldaşı tərəfindən döyülüb

Bakı. 25 iyun. REPORT.AZ/ Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Binəqədi qəsəbəsi, 1-ci mədən ünvanında yaşayan 1975-ci il təvəllüdlü Abışov Namiq Yadulla oğlu həyat yoldaşı ilə ailədaxili münaqişə edib.

Bu zamanı N.Abışov üz nahiyəsindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47