Bakı sakininə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Paytaxt sakininə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Bakı şəhər sakini E.Mehdiyev paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun 250 ABŞ dollarını almasını bildirib.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş P.Abdullayeva müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47