Bakı sakinindən narkotik və odlu silah götürülüb

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Zabrat qəsəbəsində yaşayan Azad Mirzəyevin evinə baxış zamanı oradan 28 qrama yaxın heroin, 20 qramdan artıq metamfetamin, 4 qrama yaxın tiryək, 1 ədəd “Mauzer” markalı tapança və 1 ədəd “AK-47” markalı təlim silahı patron darağı ilə birgə aşkar edilərək götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindin Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24