​Paytaxt sakini evində ölmüş vəziyyətdə aşkar edilib

Bakı. 12 may. REPORT.AZ/ Gecə saatlarında Bakının Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə baxış keçirərkən 1959-cu il təvəllüdlü Mehman Hüseynovun cəsədi müəyyən olunaraq aidiyəti üzrə təhvil verilib.

Digər xəbərlər