Şirvanda zavodda partlayış olub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2

Bakı. 26 iyul. REPORT.AZ/ Bu gün saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda hadisə baş verib.

Bu barədə “Report”a MSN-dən bildirilib.

Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək.

***

Şirvan. 26 iyul. REPORT.AZ/ Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.

Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.

*** 15:55

Bakı. 26 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, hadisə barədə nazirlikdə məlumat var: “Hazırda bununla bağlı araşdırma aparılır”.

“Report”un bölgə müxbiri isə bildirir ki, artıq hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobili cəlb olunub. 

*** 15:43

Şirvan. 26 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda güclü partlayış olub.

“Report”un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02