Parkda qətl törədən şəxslərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şamil Fətiyev, Nurlan Bağırov və Səddam Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 19-na təyin edilib.

Qeyd edək ki, ötən il avqustun 27-də paytaxtda taksi sürücüsü işləyən, 1989-cu il təvəllüdlü Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Digər xəbərlər