“Park Bulvar”da 16 yaşlı qız itkin düşüb - ƏLAVƏ OLUNUB

Bakı. 23 may. REPORT.AZ/  “Park Bulvar” ticarət mərkəzinə gedəndən sonra itkin düşən qız tapılıb.

Bu barədə “Report”a onun yaxınları məlumat verib.

***

Bakı. 23 may. REPORT.AZ/ Bakıda 16 yaşlı qız itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə Səbail rayonunda yerləşən “Park Bulvar” ticarət mərkəzində qeydə alınıb.

2002-ci il təvəllüdlü qızın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər. Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

İtmiş qızın axtarışları davam etdirilir.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41