Özünü Kürə atan tələbənin meyiti çıxarılıb - ƏLAVƏ OLUNUB

Mingəçevir. 5 yanvar. REPORT.AZ/ Özünü körpüdən Kür çayına atan gəncin meyiti dalğıclar tərəfindən aşkar edilib.

"Report"un Şirvan bürosu xəbər verir ki, Aran dalğıc-axtarış qrupunun Kür çayında iki günlük axtarışları nəticə verib. Meyit sahilə çıxarılıb.

Özünü çaya atan şəxsin Göygöl rayon sakini Araz Rafiq oğlu Abbasov olduğu müəyyənləşib. O, Mingəçevir Turizm Kollecinin 2-ci kursunda qiyabi təhsil alırmış. Məlumata görə, A.Abbasovun dayısı Mingəçevir şəhərində yaşayır. O, payız imtahan sessiyası üçün Mingəçevirə gəlibmiş və dayısının evində qalırmış. 

Hadisənin səbəbləri araşdırılır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36