Ötən il Gürcüstan turizmdən 3,3 milyard ABŞ dollar gəlir əldə edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.
İllik müqayisədə gəlirdə 47 milyon ABŞ dollar və yaxud 1,4% artım qeydə alınıb.
Təkcə ötən ilin dekabrında qonşu ölkənin turizmdən gəliri isə 217 milyon ABŞ dollara bərabər olub. Bu məbləğ illik müqayisədə 11 milyon ABŞ dollar və ya 5,4% çoxdur.