Ötən il Azərbaycanda sərxoş vəziyyətdə törədilmiş cinayətlərin sayı məlum olub

Azərbaycanda 2024-cü ildə sərxoş vəziyyətdə törədilmiş cinayətlərin sayı 168 olub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda hüquqpozmalar" adlı məcmuəsində qeyd edilib.

Bildirilib ki, bu göstərici 2023-cü ildə 193 olub.

Törədilən cinayətlərin 18-i ağır və xüsusilə ağır cinayətlərin, 5-i qəsdən adam öldürmə və öldürməyə cəhd, 20-si xuliqanlıq, 9-u ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin payına düşüb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39