Ötən il Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb

Ötən il Azərbaycanda yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

"Report"un xəbərinə görə, bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq olunub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56