DSX: "Ötən il Azərbaycana 1 ton 383 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb"

Azərbaycana keçən il ərzində 1 ton 383 kiloqram 507 qram narkotik vasitənin, 36 milyon 592 min 485 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, həmin müddətdə 24 ton 683 kq narkotik xassəli bitki məhv edilib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14