Azad edilən ərazilərdə daha 146 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 146 mina aşkarlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, oktyabrın 3-dən 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 92 tank əleyhinə 54 mina və 458 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 316 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50