Ötən gün vətəndaşlardan 1 avtomat, 1 tapança, 9 tüfəng götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 avtomat, 1 tapança, 9 tüfəng təhvil götürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd tapança və 9 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Digər xəbərlər

Ceyranbatanda 10 şagird zəhərlənib 29 oktyabr, 2026 / 16:50