Həftəsonu ölkə ərazisində 35 kiloqramdan çox narkotik aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da və 11-də ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu olub.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38