Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub

Polis əməkdaşları ötən gün ölkə ərazisində 19 kiloqramdan çox narkotik aşkar ediblər.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 9,4 kiloqramdan artıq heroin, 5,4 kiloqramdan çox marixuana, 4,3 kiloqramdan çox metamfetamin olub.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51