Ötən ay Azərbaycanda narkotik satan 9 İran vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub

Ötən ay Azərbaycanda narkotik satan 9 İran vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.

"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda bildirilib.

Cinayət məsuliyyətinə cəlb edilən 11 nəfər xarici ölkə vətəndaşından 9-u İran İslam Respublikası, 1-i Türkiyə,1-i Rusiya Federasiyası vətəndaşıdır.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 27 kq 335,616 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39