Ordubadda yol qəzası baş verib, 6 nəfər xəsarət alıb

Ordubadda yol qəzası baş verib, 6 nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Aza kəndində qeydə alınıb.

Belə ki, "NAZ-Lifan" və Lada" markalı minik avtomobilləri toqquşub. Nəticədə 6 nəfər - 1978-ci il təvəllüdlü Abdullayev Rizvan Həsən oğlu, 2002-ci il təvəllüdlü Abdullasoy Sənan Rizvan oğlu, 2005-ci il təvəllüdlü Abdullasoy Xanım Rizvan qızı, 1996-cı il təvəllüdlü Rəhimova Aysel Qəhrəman qızı, 1993-cü il təvəllüdlü Rəhimov Mirata Mirəli oğlu, 2019-cu il təvəllüdlü Rəhimov Mirəli Mirata oğlu xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, yaralıların hamısı Ordubad rayonunun Vənənd kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38