Omanın beynəlxalq axtarışa verdiyi Pakistan vətəndaşı Bakıda saxlanılıb

Oman Sultanlığının hüquq-mühafizə orqanlarının "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Bakıda saxlanılıb.

"Report"un məlumatına görə, beynəlxalq axtarışda olan Pakistan vətəndaşı 1981-ci il təvəllüdlü Furqan Varis Özbəkistan paytaxtı Daşkənddən Bakıya gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq polisə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39