Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.
"VAZ-2109" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.