Oğuzda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Oğuz rayonu ərazisində baş verib.

Rayonun Qumlaq kənd sakini, 1978-ci il təvəllüdlü Əfqan Nurəddin oğlu Abdullayev idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qarşısına çıxan 2 camışı vurub. Nəticədə avtomobildə olan sərnişin, rayonun Dəymədərə kənd sakini, 1961-ci il təvəllüdlü Zərnigar Xəsil qızı Mustaqova xəsarət alıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18