Oğuzda şagirdin dərsdə ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb

Oğuz rayonunda 11-ci sinif şagirdinin dərsdə ölüm faktı ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 18-də rayonun Çaldaş kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Əzizova Zarema Əhməd qızı oxuduğu kənd orta məktəbində idman dərsində qəflətən ürək çatışmazlığından ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47