Oğuz rayonunun Sincan kəndində yaşayış evində baş verən partlayış zamanı bir nəfər xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, kənd sakini İmran Süleyman oğlu Məmmədyarova məxsus yaşayış evində baş verən partlayış zamanı ev sahibinin oğlu 1983-cü il təvəllüdlü Nurlan İmran oğlu Məmmədyarov xəsarət alıb.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.
Faktla bağlı araşdırma aparılır.