Oğuzda külli miqdarda narkotik bitki məhv edilib

Oğuz rayonunda 2 tondan artıq narkotik bitki məhv edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna, Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətinin Şəki Regional qrupundan məlumat verilib.

"Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq rayonun Xaçmaz kəndi ərazisində 2 hektara yaxın ərazidə yabanı halda bitmiş hündürlükləri 60-70 sm, ümumi çəkisi 2 ton 200 kq olan 4150 ədəd narkotik tərkibli çətənə bitkiləri yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19