Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var

Oğuz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Cavanşir və Dədə Qorqud küçələrinin kəsişməsində baş verib.

Belə ki, KIA və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər