Oğuzda iki avtomobil toqquşub, nənə və körpə nəvəsi xəsarət alıblar

Oğuzda iki avtomobil toqquşub, nənə və körpə nəvəsi xəsarət alıblar.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə hadisə bu gün günorta saatlarında Oğuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2104" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2107"də olan sərnişinlər - Təranə Umarova və onun nəvəsi, 2023-cü il təvəllüdlü A.Umarov xəsarət alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37