Oğuzda güclü külək iri gövdəli ağacı park ərazisinə aşırıb 

Oğuzda güclü külək iri gövdəli ağacı park ərazisinə aşırıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında veteranlar parkının həyətində qeydə alınıb.

Nəticədə parkdakı söhbətgahın dam örtüyünə ziyan dəyib.

Qeyd edək ki, hazırda rayon ərazisində güclü külək əsir.

Digər xəbərlər