Oğuz rayonunda yolların buzlu olması səbəbindən idarəetmədən çıxan "Mercedes" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində sürücü - Qumlaq kənd sakini, 1999-cu il təvəllüdlü Xəlilli Coşqun Murad oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.