Oğuzda iki avtomobil toqquşub, ölən var

Oğuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

"Mercedes" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37