Oğuzda avtomobil qoyun sürüsünü vurub, 10-dan çox heyvan tələf olub

Oğuz rayonunda idarəetmədən çıxan avtomobil qoyun sürüsünü vurub.

"Report"un Şimal-qərb burosunun məlumatına görə, hadisə Böyük Söyüdlü-Qarabulaq avtomobil yolunda baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və qarşısına çıxan qoyun sürüsünü vurub.

Qəza zamanı 10-dan çox xırdabuynuzlu heyvan tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37