Oğuz rayonunda agacdan yıxılan kişi ağır xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xal-Xal kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü İlham Hüseyn oğlu Mikayılov qoz ağacından yıxılıb.
Ağır xəsarət alan İ.Mikayılov Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, onun hər iki said sümüyü sınıb və qara ciyəri zədələnib.
Yaralı vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.