Oğuzda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxalqışlaq kənd ərazisində qeydə alınıb.

Belə ki, Ərmənət kənd sakini Əkrəm Hacalıyev idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən Xalxalqışlaq kənd sakini, 1955-ci il təvəllüdlü Qurban Qurbanovu vurub.

Q.Qurbanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11