Oğuzda 58 yaşlı kişi meşə ərazisində ölən kişinin şəxsiyyəti və ölüm səbəbi məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Xal-Xal kəndinin meşəlik ərazisində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev ağac kəsərkən hələ ki bilinməyən səbəbdən ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***10:13
Oğuz rayonunda meşədə üzərində ağır bədən xəsarətləri olan kişi meyiti tapılıb.
"Report"un məlumatında görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib. Məlum olub ki, orta yaşlı kişi baş nahiyəsindən ağır xəsarət alaraq ölüb.
İlkin ehtimallara görə, o, özünün kəsdiyi ağacın başına düşməsi nəticəsində öldüyü bildirilir.