Oğuzda 50 yaşlı kişi meşədə intihar edib

Oğuz rayon sakini intihar edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xaçmaz kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib.

Belə ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Əfqan Emin oğlu Rəşidovun meyiti ağacdan asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41