Oğuzda 11-ci sinif şagirdi dərs zamanı ölüb

Oğuz rayonunda məktəbli dərs zamanı ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib.

Həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın idman dərsi zamanı qəfildən halı pisləşib və vəfat edib.

İlkin ehtimala görə, məktəblinin ölümünə səbəb ürəktutması olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02