Oğurluq etməkdə təqsirləndirilən gəncə hökm oxunub

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1992-ci il təvəlüdlü Samir Gəraylının cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Gəraylı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Gəraylı 7 min manat oğurlamaqda ittiham edilib. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq ) maddəsi ilə ittiham edilib.

Məhkəmə istintaqı dövründə zərərçəkənə dəymiş ziyan ödənilib.

Xatırladaq ki, S.Gəraylı Şuşa rayonu uğrunda döyüşlərində şəhid olan Sabir Rüstəmovun oğludur.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17