Odessada naməlum şəxslər "Azərbaycan" parkında xatirə lövhəsini boya ilə korlayıblar

Kiyev. 24 noyabr. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində naməlum şəxslər "Azərbaycan" parkında xatirə lövhəsini boya ilə korlayıblar.

Baş verən hadisəyə görə, cinayətkarlar Ukrayna İnzibati-Prosessual Məcəlləsinin 173-cü maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilinirlər.

Bu barədə "Report"un Ukrayna bürosuna Odessa vilayətinin Milli Polisinin Kommunikasıya şöbəsinin rəisi Lyubov Qordiyevskaya məlumat verib.

"Hadisə yerində əməliyyat-istintaq qrupu olub, iş üzrə materiallar Odessanın Malinovsk Rayon Polis Şöbəsindədir", - Lyubov Qordiyevskaya bildirib.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54