Odessada Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma olub

Bakı. 3 iyul. REPORT.AZ/ Odessada Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma baş verib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, əvvəlcə onlar arasında mübahisə yaranıb, sonradan bu, münasibətlərin ayırd edilməsinə keçib.

Odessa polisi məsələni araşdırır. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Digər xəbərlər