Obyekt sahibi "Bazarstore"u məhkəməyə verib

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Qızıl-Gül" firması "Bazarstore" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

"Report"un məlumatına görə, firma icarə müqaviləsinə xitam verilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Qızıl-Gül" firması ilə "Bazarstore" arasında 19 dekabr 2012-ci il tarixli icarə müqaviləsi bağlanıb. Müqavilə sənədinə əsasən, "Qızıl-Gül" firması Sumqayıt şəhəri, 30-cu məhəllədə 2 min kvadratmetrlik ərazini "Bazarstore"a icarəyə verib. Bu ilin martında isə firmanın direktoru Azər Nəbiyev mülkiyyətində olan obyektin icarə haqqının qiymətini artırıb. Tərəflər arasında mübahisə də məhz bundan sonra yaranıb.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41