Novxanıda iki avtomobil toqquşdu, xəsarət alan var

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Rəhimov Allahverdi Rəhim oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və üz-çənə nahiyəsinin əzikləri diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14