Novxanıda bədbəxt hadisə baş verib

Bakı. 1 avqust. REPORT.AZ/ Bakı sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 30-da Novxanı bağlar sahəsində yaşayan Bakı şəhər sakini Fərid Fərəcəliyev evində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24